İnsan sevgi, ailə, din, siyasət, əyləncə, təhsil, karyera, pul, azadlıq və s. ilə ünsiyyətdə həyatın məqsədini öyrənməyə çalışır. Əsl bilgi isə şərtlərin diktəsinə boyun əymək deyil, əxz etdiklərimizlə daxili harmoniya yaratmaqdır. Bununla içimizdəki şiddəti yox edib, ətrafımızı və dünyanı dəyişdirmək mərtəbəsinə yüksələ bilirik. Kitab insanın öz daxili “mən”i ilə qovuşması haqqındadır. Həyata dair rəngarəng mövzular dinləyicilərin Krişnamurtiyə ünvanladığı suallara verilən cavablar əsasında işıqlandırılır.