Poçt qutusu

Yazar: Cəlil Məmmədquluzadə
Səsləndirdi: Müjgan Namidar
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:13:32
Bütün şüurlu həyatı ilə Azərbaycan xalqına, onun azad və xoşbəxt gələcəyinə xidmət edən, öz maarifçilik ideyaları ilə nadanlığa, səfalətə, savadsızlığa qarşı qələmilə mübarizə aparan Cəlil Məmmədquluzadənin “Poçt qutusu” kita­bına onun, əsas hekayələri toplanıb. Şübhəsiz ki, yüz ilə yaxın bir dövrdə rəngarəngliyini, bədii yükünü, ideya hədəfini itirməyən hekayələr yenə də oxucuların böyük marağına səbəb ola­caq. Kitabda böyük Mirzə Cəlilin “Poçt qutusu”, “Usta Zeynal“, “Quzu“, “Konsulun arvadı”, “Zır­rama“, “Saqqallı uşaq“, “Buz“ hekayələri yer alıb.