Hekayələr

Yazar: Hacı Qəni Camalzadə
Səsləndirdi: Hacı Qəni Camalzadə
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:54:01
Qəni Camalzadənin hekayələrindəki satira öz tərzinə görə klassiklərimizdən qidalansa da, onun hekayələrinin məzmunu təzədir. Müəllifin hekayələrində günümüzün məişətini, yaşantılarını, problemlərini, cəmiyyəti bariz şəkildə görmək mümkündür. Onun qəhrəmanları, satirik qələməni tuş gələnlər bu gün də mövcuddur və cəmiyyətin içərisindədir. Onun adi və sadə görünən stuasiyaları, hadisələri sərrast şəkildə görməsi, yazıçı fəhminin, müşahidəsinin dəqiqliyinin göstəricisidir. Onun satirası ayıq-sayıq və canlıdır. Qəni Camalzadənin satirik hekayələrinin ən böyük məziyyəti, sadəlik və məhz bu “adi”lik sayıla bilər. Usta ədib hamımızın gördüyü, ancaq necəsə gözümüzdən yayınan hadisələri, əhvalatları özünəməxsus şəkildə şərh edir. Onun satirasında, ironiyasında, sarkazmında qəribə bir mərhəmət, yazıçı şəfqəti duyulur. Müəllif sanki qəhrəmanlarının düşdüyü vəziyyətə, başlarına gələn hadisələrə mərhəmətlə acıyır. Bu mərhəmət hissi yazıçının güzəştə getməyinə səbəb olmur. Onun satirası mərhəmətli olduğu qədər də, kəskindir. İstənilən halda Qəni Camalzadə satirik hekayələrində amansız deyil. Onun hekayələrində çox incə və həssas cizgi hər zaman qorunur.