Akvinalı Tomas ilə 90 dəqiqə

Yazar: Pol Stretern
Səsləndirdi: Sevinc Xanqızı
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:18:05
O, Aristotel metafizikası əsasında xristian ideologiyasını qurdu. Bu səbəbdən xristian fəlsəfəsinin banilərindən sayılır. Din ilə fəlsəfənin münasibətinə dair mülahizələri əsrlər boyu Avropa fikir tarixində hakim düşüncələrdən olub. Onun fəlsəfəsinə neoplatonizmin də ciddi təsiri vardır. Əsas fəlsəfi prinsipi din və zəkanın ahəngdarlığıdır: zəka iradədən yüksəkdir və həyatda Allahı dərk etməkdən daha mühümdür, bütün mövcudat Allahın yaratdığı iyerarxiya qaydasına tabedir.
Söhbət sxolastik fəlsəfənin ən görkəmli nümayəndəsi Akvinalı Tomasdan gedir. O, 13-cü əsrdə yaşayan italyan filosofdur. Gənc yaşlarında Dominikan cəmiyyətinin mənsublarından olub. Əsas əsərləri “Bütpərəstlər əleyhinə külliyyat” və “Teologiya külliyyatı” hesab olunur.
Bu kitabda siz ölümündən üç əsr sonra kilsə atası elan olunan Akvinalı Tomas ilə yaxından tanış olmaq fürsəti qazanacaqsınız.