Makiavellini müasir siyasi fəlsəfənin və politologiyanın atası adlandırırlar. O, Florensiya hökumətində bir neçə vəzifə tutub. Ən mühümü respublikanın diplomatiya dəftərxanasının katibidir. Əsas əsəri “Hökmdar” hesab olunur. Ancaq siyasi baxışları “Florensiyanın tarixi”
əsərində daha yaxşı əks olunub. Burada daha çox respublika ideyalarının tərəfdarı kimi çıxış edir.
Makiavelli “Hökmdar” əsərində siyasətin həmişə yalanla, satqınlıqla və cinayətlə müşayiət olunduğunu yazır. Təbii, əsər birmənalı qarşılanmayıb. Bəziləri bunu pis hökmdarlara kinli münasibət hesab edir. Bəziləri isə tiranlara öz hakimiyyətini qorumaq üçün verilən məs-
ləhət sayır. Bütün hallarda bu əsər hökmdar larla bağlı ən mükəmməl əsərlərdəndir.
Əlinizdəki kitabda italiyalı mütəfəkkir, siyasi xadim, filosof, yazıçı, hərbi-nəzəri əsərlərin müəllifi Nikolo Makiavelli haqqında ən vacib məlumatları əldə edəcəksiniz.