Boşboğazlar

Yazar: Üzeyirbəy Hacıbəyli
Səsləndirdi: Hüseynağa Aslanov
Səs rejissoru: Hüseynağa Aslanov
Səsləndirmə vaxtı: 04:07
Bir az da öz işimizdәn, daha doğrusu, öz içimizdәn danışaq.... Adam qәzeti әlinә alıb açanda, müharibәdәn başqa bir şey görmür.
Hәrçәnd bu halda, lap qızıq bir şey varsa, o da yenә elә müharibә xәbәrlәridir, amma yenә dә öz işimizi vә öz içimizi yaddan çıxartmayaq.
Götürәk, mәsәlәn, bizim boşboğazlarımızı vә buradan bir haşiyә çıxaq.
Bu halda Avropa adamlarının hansı biri ilә danışıq elәsәn vә hansı mәsәlәyә әl vursan, baxib görәrsәn ki, bu adamın hәr bir mәsәlәdә bir müәyyәn nәzәri vardır. Amma bizlәrdә belә deyil.