Aristotel, ehtimal ki, elmin bütün sahələrində
uğur qazanan ilk və ən böyük alim – ensiklope-
distdir. O, ruhun mahiyyəti və meteoroloji təza-
hürlər barədə mühakimələr apararaq, ən müxtə-
lif mövzularda – dəniz balıqqulaqlarının görü-
nüşündən tutmuş sonsuzluğa qədər hər şey-
dən, poeziyadan, incəsənətdən, yuxugörmənin
izahına qədər – əsərlər qoyub gedib. Aristotelin
idrakla bağlı toxunduğu bütün sahələrdə izi
vardır (yalnız riyaziyyatda Platon və platonizm
nəzəriyyəsi üstünlük təşkil edir). Bütün bunlar-
dan əlavə, Aristotel məntiqin də banisi sayılır.