Əsəbdən əli – ayağı tir – tir titrəyən zəif, qoca adamı itələyərək polis bölməsindən içəri saldılar.
– Bu adamdan şikayətçiyik rəis bəy, bizi təhqir etdi. Ən başdakı, iritəhər cavandan rəis soruşdu:
– Nə dedi?
– Çox ağırdı rəis bəy, atamı qarışdırmasaydı, vecimə almazdım. Amma rəhmətlik atamı da qarışdırdı.
Qoca atıldı:
-Bəli… Eşşək oğlu, eşşək, – dedim. Danışım, layiqdi ya yox, siz deyin. Marşrut taksisindəyəm. Bu cavan da Altınbaqqalda maşına mindi. Taksimdə düşmədimi? Dözə bilmədim, yaxasından tutdum. “Maşallah, eşşək boyda adamsan! Gəncsən, gücün – qüvvətin yerindədi, Altınbaqqalla Taksim arasındakı məsafəni ölçsən beş yüz addım olmaz. İnsan bu qədər yer üçün marşrut taksisinə minərmi ay eşşək oğlu eşşək!..” – dedim. Eynilə belə dedim. -İnanmırsınız, soruşun özündən!