Bahadır və Sona

Yazar: Nəriman Nərimanov
Səsləndirdi: Kəmalə Mustafayeva
Səsləndirmə vaxtı: 1:40:45
Müsəlman tələbə Bahadır təhsilli erməni qızı Sonanı sevir. Gənclərin hər ikisi ağıllı, düşüncəli və öz xalqına bağlıdır. Müəllif bu məqamlara xüsusi işıq tutmaqla əsəri məhəbbət mövzusunda qapanıb qalmağa qoymur. Ona mədəni-ictimai məzmun verir. Ailə, din, millət, mədəniyyət, mətbuat, vətən yanğısı, müsəlman qadınların savadsızlığı və s. kimi mühüm məsələlərə münasibət bildirir. Sevgi əhvalatı bir növ ədəbi vasitəyə çevrilir. Bahadır ilə Sonanın faciəvi taleyi ictimai həyatın nəticəsidir. İki gəncin nakam məhəbbəti anormal qayda-­qanunların və cəhalətin fonunda qələmə alınır. Bu cəhətdən romanda əks olunan hadisələr sadəcə təxəyyülün məhsulu deyil, tarixi həqiqətdir.