Atamın ruhu

Yazar: Sabir Rüstəmxanlı
Səsləndirdi: Vidadi Həsənov
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 02:01:00

“Atamın ruhu” Azərbaycan türk varlığının təməl daşlarından olan ailədən, ata-anaya tapınmaq səviy­yəsində olan ənənəvi bağlılıqdan bəhs edir. Ata hə­yatdan gedir, sanki dünya silkələnir, dağ yerindən oynayır və bir çox məsələlərə baxışlar da dəyişir.
Əsərdə müəllif atasının son günlərini psixoloji dəqiqliklə və bütün övladların gözüylə baxaraq qə­ləmə almışdır.
Ata ruhu əsərdə həm övladları, nəsli toplayan, bağlayan, ənənəvi mənəvi dəyərlərdən qopmağa qoymayan real bir güc və eyni zamanda insanı insan edən ilahi enerji, dərki çətin olan əbədiyyət havasıdır.
Bədən ölür, amma ruh ölmür. Ruhun və Tanrının mövcudluğunun təsdiqinə şübhə yoxdur. Əsərdə bu həqiqət müşahidə və bədii yolla təsdiqini tapır.