Tarixi miniatürlər

Yazar: Stefan Zweig
Səsləndirdi: Aygün Abbasova
Səsləndirmə vaxtı: 1:41:43
XX əsrin görkəmli ədəbi simalarından hesab olunan Ştefan Svayq dünya ədəbiyyatı tarixinə bənzərsiz psixoloji novellalar, tarixi-bioqrafik oçerklər və esselər ustası kimi daxil olmuşdur. Tarixi miniatürlərində o, ayrı-ayrı tarixi detalları, adi təfərrüatları deyil, bəşər keçmişinin həlledici anlarını, ölümlə həyat, məğlubiyyətlə zəfər təntənəsi arasındakı əzəli-əbədi mübarizəni ön plana çəkir, “başqa vaxtlarda diqqəti cəlb etmədən baş verən, lakin bircə göz qırpımında birləşərək həlledici ana çevrilən” hadisələri təsvir edir.