Alınmayan hekayələr

Yazar: Seymur Baycan
Səsləndirdi: Lalə Əliyeva
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 02:40:35
Realizm Seymur Baycan üçün həmişə hakim ədəbi cərəyan olub. Onun hekayələri səs-küysüz, bər-bəzəksiz, kənardan olduqca təbii görünən həyati situasiyalardan və bunların yaddaşda yaratdığı əks-sədalardan ibarətdir. “Alınmayan hekayələr” kitabı da məhz bu bünövrənin üstündə inşa olunub. Həyatın qarışıqlığı içində itmiş, üstünü toz tutmuş hadisələr, dadlar, ifadələr, davranışlar, peşmanlıqlar, sevinclər, məqsədlər, prinsiplər Seymur Baycanın “Alınmayan hekayələr”ində üzə çıxır, gözlərini həyata yenidən açır. O, həyatın ən incə detallarına toxunur, toxunduğu detallarla zəmanəmizin xarakterlərini, dövrün mənzərəsini, bu mənzərənin içində vurnuxan obrazları yaradır.